Baqali Dabo: "Bu məğlubiyyət bizim üçün yaxşı nəticədir"

10:48 - 28 İyul 2017

"Qəbələ"nin hücumçusu Baqali Dabo Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda səfərdə "Panatinaikos"a uduzduqları matçdan (0:1) sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, rəqibin çox yaxşı futbol sərgilədiyini deyib: "Panatinaikos" çox yaxşı komandadı. Bizim üçün çox çətin oyun oldu. Rəqib ikinci, hətta üçüncü qolu da vura bilərdi. Bu, olmayıbsa, qapıçmıza təşəkkür etməliyik. Düşünürəm ki, 0:1 hesablı məğlubiyyət bizim üçün yaxşı nəticədir. İnanıram ki, cavab oyununda vəziyyəti öz xeyrimizə dəyişə biləcəyik. Növbəti mərhələyə adlamaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq". 

 

Qeyd edək ki, tərəflər arasında cavab qarşılaşması avqustun 3-də Bakıda keçiriləcək. 

Xəbər xətti