Əsgərovun komandası tək qolla qalib gəldi

00:36 - 30 İyul 2017

Latviya birinci liqasında 13-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası - "Olayne" doğma meydanda "Auda" ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 1:0.

 

Start heyətdə meydana çıxan Vüqar sonadək oynayıb. Lakin cari mövsümdə 10 qola imza atan və komandasının bombardiri olan Əsgərov bu dəfə fərqlənə bilməyib.

 

"Olayne" 13 turdan sonra 23 xalla 14 komanda arasında 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti