"Şerif"in futbolçusu: "Növbəti mərhələyə keçməyə çalışacağıq"

11:52 - 1 Avqust 2017

"Şerif"in futbolçusu Stefan Muqoşa Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"la cavab oyunu öncəsi  klubun saytına müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı hücumçu Ağdam klubuna qarşı keçirəcəkləri oyun barədə danışıb. Muqoşa "Qarabağ"ın güclü rəqib olduğunu vurğulayıb:

 

"Komandanın fiziki durumu normaldır. Qarşıda önəmli oyunumuz var. Üzərimizdə təzyiq var. Bütün diqqətimizi bu görüşə yönəltmişik. Bizə ancaq qələbə lazımdır. Rəqibimiz güclüdür. Buna baxmayaraq, biz növbəti mərhələyə keçməyə çalışacağıq. Rəqibin oyunçularını tək-tək vurğulamaq istəmirəm. Əsas odur ki, öz evimizdə oynayacağıq. Azarkeşlərin dəstəyi bu oyunda mühüm rol oynayacaq".

 

Qeyd edək ki, "Şerif" - "Qarabağ" görüşü bu gün Bakı vaxtı ilə 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matç qolsuz bərabərliklə başa çatıb.

Xəbər xətti