Dino Ndlovu Çempionlar Liqasının bombardirləri sırasında

13:58 - 2 Avqust 2017

Ötən gün keçirilən "Şerif" - "Qarabağ" matçından (1:2) sonra Çempionlar Liqasının bombardirləri siyahısında dəyişiklik olub.

 

Sportal.az xəbər verir ki, Tiraspol təmsilçisinə qarşı cavab oyununda fərqlənən “Qarabağ”ın futbolçusu Dino Ndlovu ən yaxşı bombardirlər sırasına düşüb. Bu mövsüm 3 qol vuran Ndlovu Çempionlar Liqasının 7 ən yaxşı bombardirindən biridir.

 

Qeyd edək ki,  bombardirlər siyahısında  Andriya Pavloviç (“Kopenhagen”), Mario Qavranoviç (“Riyeka”), Uroş Nenadoviç (“Alaskert”), Entoni Nvakaeme (“Hapoel” Beyer-Şeva), Patrik Tvumasi (“Astana”) və Skott Quiqli (TNS)  yer alıb.

Xəbər xətti