Azərbaycanda işləmiş məşqçi Türkiyə millisini çalışdırmağa iddialıdı

18:50 - 2 Avqust 2017

Vaxtı ilə ölkəmizdə "Rəvan" klubuna çalışmış Güvenc Kurtar Türkiyə millisinin "sükanı arxası"na keçmək istəyir. 

 

Sportal.az xəbər verir ki, son olaraq III liqada mübarizə aparan "Bəylərbəyi" klubunda işləyən mütəxəssis bu barədə İHA-ya açıqlamasında məlumat verib.

 

O, millidə uğurlu iş quracağına inanır: "Milli komandanı mənə həvalə etsələr, dünya çempionatına vəsiqə qazanarıq. Orada da ğurdan uğura irəliləyərik".

 

67 yaşlı çalışdırıcı Türkiyə Futbol Federasiyasından hansısa təklif almadığını deyib: "Bu dəqiqə heç kimdən rəsmi təklif almamışam. Amma sözümün üstündəyəm. Millidə şərəflə çalışaram".

 

Qeyd edək ki, Kurtar 2014-cü ildə "Rəvan"da işləyib. 

Xəbər xətti