Sabiq AZAL-lı MOİK-də

12:59 - 3 Avqust 2017

Cari mövsüm qarşısına Azərbaycan I Divizionunda çempion olaraq Premyer Liqaya vəsiqə qazanmaq məqsədi qoyan MOİK bu istiqamətdə növbəti addımı atıb.

 

Sportal.az xəbər verir ki, "hərbçilər" yeni məşqçi ilə güclənib. Belə ki, Vadar Nuriyev bundan sonra MOİK-in uğurları üçün çalışacaq.


Baş məqşçinin köməkçisi işləyəcək Nuriyev buna qədər Azərbaycan U-19 millisində, AZAL futbol klubunda baş məşqçinin köməkçisi, "Olimpik-Şüvəlan"da, "İnter"in əvəzedici komandasında, "İnter"in U-19 komandasında baş məşqçi kimi çalışıb.

Xəbər xətti