Bakı "İnter"i adını dəyişir

14:44 - 4 Avqust 2017

Azərbaycan futbolunda daha bir komanda yeni ad altında çıxış edəcək.

 

Sportal.az xəbər verir ki, Bakının “İnter” klubunun adı dəyişdiriləcək. Bu barədə "Apasport"a AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. O, “İnter”in yeni adının nə olacağını açıqlamasa da, dəyişikliyin baş verəcəyini təsdiqləyib: “İnter” Premyer Liqadakı rəqiblərini hansı stadionda qəbul etmək məsələsinin həllinə çalışır. Yəqin ki, tezliklə klubun adı da dəyişəcək”.

 
Qeyd edək ki, “Xəzər Universiteti” kimi yaranan klub 2004-cü ildən “İnter” adını daşıyır. 

Xəbər xətti