"Binə" "Zirə"ni məğlub etdi

00:59 - 5 Avqust 2017

Birinci Divizionda debütə hazırlaşan "Binə" komandası növbəti mövsüm öncəsi təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama görüşündə qüvvəsini sınayıb. 

 

Sportal.az xəbər verir ki, sözügedən kollektivin rəqibi "Zirə"nin əvəzedici heyəti olub. Binə qəsəbə stadionunda keçirilən matç gərgin və maraqlı mübarizə şəraitində keçib. Yekunda binəlilər 4:2 hesablı qələbəyə seviniblər.

Xəbər xətti