Əsgərov hesabı açdı, komandası 5 qola sevindi

16:49 - 6 Avqust 2017

Latviya birinci liqasında 14-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası - "Olayne" də növbəti matçına çıxıb. Sözügedən klub səfərdə "JDFS Alberts" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 5:1.

 

Start heyətdə meydana çıxan Vüqar sonadək oynayıb. Oyunda hesabı da 19-cu dəqiqədə futbolçumuz açıb. Bu, onun cari mövsümdə vurduğu 11-ci qol olub.

 

"Olayne" 14 turdan sonra 26 xalla 14 komanda arasında 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti