9 qolluq qarşılaşmada sevinən MOİK oldu

Azərbaycan Birinci Divizionunda 2017/18 mövsümünün hazırlığına start vermiş MOİK bu gün ilk yoxlama oyununu keçirib. 

 

Sportal.az xəbər verir ki, "hərbçilər" Premyer Liqa təmsilçisi "Səbail"in əvəzedici komandaslı ilə qarşılaşıb. "Bakı"nın bazasında baş tutan oyunda bol qol qeydə alınıb.

 

Baş məqçi Ramil Əliyevin düşərgədə olan bütün futbolçuları sınadığı, hər hissədə fərqli heyətlərlə oynatdığı MOİK əzmkar qələbə qazanıb. Belə ki, ilk hissədən sonra komanda hesabda 1:3 geri olub. Amma Bəhruz Teymurovun qoluna fasilədən sonra Bilal Qəmbərov, Ruslan Nəsirli, Emin Quliyev və Elgün Abbaslı dəstək verincə "hərbçilər" oyunu öx xeyirlərinə başa vura bilib - 5:4.

 

Yaxın günlərdə yoxlama oyununun nəticəsi olaraq düşərgədəki futbolçularla bağlı qərarlar veriləcək.

Tarix: 6 Avqust [18:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Dekabr 2017
10  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio