Türkiyə Super Kubokunun qalibi məlum oldu VİDEO

00:23 - 7 Avqust 2017

Türkiyə Super Kubokunun qalibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, həlledici matçda son ölkə çempionu "Beşiktaş" ilə Türkiyə Kubokunun qalibi "Konyaspor" üz-üzə gəlib. Üç qolun vurulduğu qarşılaşma Konya təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:1.

 

Bu, konyalıların tarixində ilk belə uğurdu. Bu göstəricidə rekord isə 15 dəfə oxşar uğura imza atan "Qalatasaray"a məxsusdu. "Beşiktaş" isə 8 dəfə Türkiyə Super Kubokunu qazana bilib. "Qara qartallar" 20-ci Super Kubok matçında 12-ci yenilgisini aldı.

 

"Konyaspor" 2 - 1 "Beşiktaş"

Qollar: Traore, 33, Skubiç, 91 - Cenk Tosun, 78

 

Xəbər xətti