Millimizin üzvü Premyer Liqada növbəti oyununa çıxdı

00:53 - 7 Avqust 2017

Ukrayna Premyer Liqasında 4-cü turun oyunları keçirilib. 

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" səfərdə "Çernomorets"lə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 2:2. 

 

Start heyətdə meydana çıxan millimizin üzvü bu görüşün sonunadək meydanda olub. O, 25-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

 

"Aleksandriya" 4 turdan sonra 3 xalla 12 klub arasında 10-cu pillədə qərarlaşıb.

Xəbər xətti