"Kəpəz" "Karvan"ı məğlub etdi

12:22 - 7 Avqust 2017

“Kəpəz”in əvəzedici komandası yeni mövsümə hazırlıq çərçivəsində son yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, əvəzedicilər Yevlaxın “Karvan” klubu ilə qarşılaşıb. Yevlaxda reallaşan oyun “sarı-göylər”in 4:1 hesablı qələbəsi ilə nəticələnib.

 

“Kəpəz”in heyətində Talıb Rzayev dubl edib. Eltac Mirzəyev ilə Ruslan Süleymanov isə hərəyə bir dəfə fərqlənib. 

Xəbər xətti