Kamran Ağayev debüt edəcək?

14:32 - 7 Avqust 2017

Bu gün Çexiya I Liqasında 2-ci tura yekun vurulacaq.

 

Sportal.az xəbər verir ki, milli komandamızın qolkiperi Kamran Ağayevin formasını geyindiyi "Mlada" klubu doğma meydanda "Sparta" ilə qarşılaşacaq. Sözügedən oyunda Kamranın Praqa klubuna qarşı oynamayacağı gözlənilir. Buna səbəb isə Boleslav təmsilçisinin "çərçivə qoruyucusu"nun yüngül zədəsi və artıq çəkisinin olmasıdır.

 

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

 

İlk turdan sonra "Mlada"nın aktivində xal yoxdur. "Sparta" isə açılış turunda 1 xal qazanıb.

Xəbər xətti