PSJ Lukas Moura üçün 30 milyon avro tələb edir

18:31 - 7 Avqust 2017

"Arsenal" Neymarı transfer edən və oyunçu satacağı gözlənilən PSJ-yə Lukas Moura üçün təklif göndərib.

 

Sportal.az xəbər verir ki, London təmsilçisinin braziliyalı futbolçu üçün göndərdiyi təklif rədd edilib. İngiltərə mətbuatında yer alan məlumata görə, Paris klubu 24 yaşlı cinah yarımmüdafiəçisini 30 milyon avroya satmağa hazırdır.

 

Qeyd edək ki, Moura ötən mövsüm 53 oyuna 19 qol vurub və 13 assist edib. Braziliya millisinin üzvü 2013-cü ildə PSJ-yə "Sao Paolo"dan 40 milyon avro qarşılığında transfer edilib.

Xəbər xətti