Çempionlar Liqasının finalı Nyu-Yorkda keçirilə bilər

10:24 - 9 Avqust 2017

2019/20 mövsümdə Çempionlar Liqasının finalı Avropada keçirilməyə bilər. 

 

Sportal.az xəbər verir ki, Nyu-York şəhərinin Avropanın bir nömrəli klub turnirin final matçını qəbul etmək şansları var. Bu barədə "Marca" məlumat yayıb. Bununla UEFA Avropa futbolunu digər qitələrə də daşımağı hədəfləyir.  

 

Qeyd edək ki, 2018-ci ildə Çempionlar Liqasının finalı Kiyevdə keçiriləcək. 2019-cu ildə isə həlledici qarşılaşmaya Bakı və ya Madrid ev sahibliyi edəcək.

Xəbər xətti