Rauf Əliyev Albaniya klubu ilə nə vaxt müqavilə imzalayacaq?

15:59 - 9 Avqust 2017

“İnter”dən ayrılan Rauf Əliyev son Albaniya çempionu “Kukesi” klubuna transfer olub.

 

Sportal.az xəbər verir ki, millimizin forvardı avqustun 11-də Albaniyaya gedəcək və tibbi müayinədən keçdikdən sonra yeni komandası ilə müqavilə bağlayacaq.

 

Komandanın yeni baş məşqçisi Mladen Milinkoviç Raufla yanaşı, rəhbərlikdən daha bir hücumçu transferi tələb edib və onun istəyi ilə "Vlazniya"dan alban forvard Elis Bakay da heyətə cəlb edilib.

Xəbər xətti