Nazarovun komandasından növbəti məğlubiyyət

00:14 - 10 Avqust 2017

Almaniya II Bundesliqasında birinci turdan təxirə salınmış bir oyun baş tutub.

 

Sportal.az xəbər verir ki, millimizin futbolçusu Dmitri Nazarovun komandası "Aue" səfərdə "Haydenhaym"la qarşılaşıb.

 

Güclü yağış səbəbindən oynanılması imkansız olan qarşılaşma qaldığı yerdən davam edib. Matç "Haydenhaym"ın qələbəsi ilə başa çatıb. Meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.

 

Matça start heyətində başlayan Dmitri 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, iki oyundan sonra aktivində xal olmayan "Aue" turnir cədvəlinin zirzəmisində qərarlaşıb. 

Xəbər xətti