"Zirə"nin zədəlisi qayıtdı

01:31 - 10 Avqust 2017

"Zirə"nin futbolçusu Kervan Belfor zədəsini sağaldıb. 

 

Sportal.az xəbər verir ki, Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Rumıniya "Atra"sı ilə matçda zədə alan futbolçu artıq məşqlərini bərpa edib. Əldə etdiyimiz məlumata görə, Haiti millisinin üzvü Azərbaycan Premyer Liqasının ilk turunda "Zirə" ilə matçda komandasına kömək edə biləcək. 

 

Qeyd edək ki, "Zirə" - "Səbail" oyunu avqustun 13-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. 

Xəbər xətti