"Binə"dən növbəti transfer

00:14 - 11 Avqust 2017

Növbəti mövsümdə birinci divizionda çıxış edəcəyi gözlənilən "Binə" heyətini yeni futbolçu ilə gücləndirib. 

 

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi təcrübəli qapıçı Amil Ağacanovla anlaşıb. Bu barədə məlumatı klubun rəsmi “facebook” hesabı yayıb. 34 yaşlı qapıçı növbəti mövsümdən etibarən "Binə"nin uğurları üçün çalışacaq.

 

Amil ötən mövsüm birinci divizion təmsilçisi “Zaqatala”da çıxış edib. O, karyerası ərzində “Muğan”, AZAL, “Simurq” kimi komandaların da şərəfini qoruyub.

Xəbər xətti