Qurban Qurbanov həmkarını qabaqlayacaq

10:42 - 14 Avqust 2017

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq "Qarabağ" - "Kopenhagen” (Danimarka) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

 

Sportal.az xəbər verir ki, Avqustun 14-də "Azərsun Arena"nın mətbuat zalında baş məşqçi Qurban Qurbanov saat 18:10-da media mənsublarının önünə çıxacaq. Təmsilçimizin son məşqi isə saat 18:30-da Suraxanı qəsəbəsində bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 

"Kopenhagen”in baş məşqçisi Steyl Solbakken isə saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Danimarka təmsilçisinin son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

 

 Qeyd edək ki, "Qarabağ" tərəfindən ayrılmış avtobus media mənsublarını "Azərsun Arena"dan Tofiq Bəhramov adına Respublika stadionuna aparacaqdır.

Xəbər xətti