Ramiz Məmmədov - 50

17:33 - 15 Avqust 2017

Bu gün Bakı "İnter"inin əvəzedici heyət üzrə koordinatoru Ramiz Məmmədov üçün əlamətdar gündür.

 

Bu gün mütəxəssisin 50 yaşı tamam olur. Məmmədov 1968-ci ilin avqustun 15-də Ağdam rayonunda dünyaya gəlib.

 

Məmmədov futbolçu karyerasında "Avtomobilçi" Mingəçevir, "Qarabağ", "Kəpəz", "Neftçi", "Şəfa" və "Turan" kimi klublarda çıxış edib. O, İranda "Peykan" və "Pegah Gilan" komandalarında legioner həyatı yaşayıb. 

 

Azərbaycan yığma komandasının daimi üzvlərindən biri olub. Millimizin heyətində 20 oyun keçirib, 4 qol vurub. 


Məşqçi fəaliyyətində isə Ramiz Məmmədov ölkəmizdə “Qəbələ”, Qazaxıstanda “Atırau” və İranda “Damaş Gilan” klublarının "sükanı arxası"nda olub.
 

Sportal.az saytının kollektivi Ramiz Məmmədovu təbrik edir ona gələcək fəaliyyətində uğurlar arzulayır.

Xəbər xətti