PSJ-dən "Yuventus"a keçdi

15:41 - 16 Avqust 2017

PSJ-nin futbolçusu Blez Matuidi karyerasını İtaliyada davam etdirəcək.

 

Sportal.az saytı "Sky İtalia"ya istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi "Yuventus"la 3 illik müqavilə bağlayıb. Turin təmsilçisi bu transfer üçün qarşı tərəfə 25 milyon avro təzminat ödəyib.

 

"Qoca sinyora" Fransa millisinin üzvünü tezliklə ictimaiyyətə təqdim edəcək.

 

Qeyd edək ki, 30 yaşlı Matuidi 2011-ci ildə "Sent Etyen"dən PSJ-yə keçmişdi.

Xəbər xətti