Vaqner Lav Türkiyə klubu ilə yeni müqavilə imzaladı

17:50 - 16 Avqust 2017

Türkiyə Super Liqa təmsilçisi “Alanyaspor” Vaqner Lavla yeni müqavilə bağlayıb.

 

Sportal.az xəbər verir ki, braziliyalı hücumçu daha 3 il bu klubun şərəfini qoruyacaq. Yeni sözləşməyə əsasən təcrübəli forvard 2020-ci ilin yayına qədər Alanya təmsilçisinin şərəfini qoruyacaq.

 

Qeyd edək ki, “Palmyeras”, ÇSKA (Moskva), “Monako” kimi klublarda çıxış etmiş Lav ötən ildən alanyalıların şərəfirini qoruyur.

Xəbər xətti