Sabiq "Neftçi"li Malta klubunda

10:36 - 17 Avqust 2017

"Neftçi"nin sabiq futbolçusu Ernest Nforun yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı hücumçu Maltanın "Birkirkara" klubuna transfer olunub. Onunla  1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Nfor 2013/15-ci illərdə "Neftçi"də çıxış edib. O, paytaxt klubunun heyətində keçirdiyi 48 oyunda 8 qol vurmağı bacarmışdı. 

Xəbər xətti