Millimizin üzvü "Bursaspor"a kömək edə bilməyəcək

17:04 - 17 Avqust 2017

Milli komandamızın hücumçusu Dəniz Yılmaz Türkiyə Super Liqasının ikinci turunda "Bursaspor"a kömək edə bilməyəcək.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əzələsində ağrılar olan 29 yaşlı forvard "Alanyaspor"a qarşı matçda meydanda olmayacaq. "Timsahlar"ın baş məşqçisi Pol Le Quen Dəniz Yılmazın son vaxtlar yaxşı formada olduğunu bildiriərək, onun yoxluğunun komanda üçün ciddi itki adlandırıb.

 

Qeyd edək ki, "Bursaspor" - "Alanyaspor" qarşılaşması 19 avqust tarixində baştutacaq.

Xəbər xətti