"Spartak" "Milan"ın hücumçusunu transfer edir

14:15 - 18 Avqust 2017

Bu mövsüm Leonardo Bonuççi, Andre Silva və Fabio Borini kimi oyunçuları heyətinə qatan “Milan” hücumçusunu Rusiyaya göndərir.

 

Sportal.az xəbər verir ki, “Spartak” Mbaye Nyanqı heyətinə qatmaq niyyətindədi.

 

“Sky İtalia”da yer alan xəbərə görə moskvalılar 22 yaşlı fransalı forvard üçün qarşı tərəfə 18 milyon avro təklif edib və milanlılarla razılaşıb. Transferin sabah rəsmən açıqlanacağı gözlənilir. Futbolçunun burada ilə 3 milyon avro qazanacağı və 4 illik müqavilə bağlayacağı iddia olunur.

 

Qeyd edək ki, Nyanq ötən mövsüm “rossonyerilər”in heyətində meydana çıxdığı 34 matçda 5 qol, 5 qol ötürməsi ilə yadda qalıb. 

Xəbər xətti