“Neftçi”nin yeni üzvlük kartları satışda

11:00 - 19 Avqust 2017

"Neftçi” yeni üzvlük kartlarının satışına start verib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, azarkeşlər "N-Kart” adı altında satışa çıxarılmış 4 fərqli kartı əldə etməklə komandanın bütün ev oyunlarını (avrokubok oyunları da daxil olmaqla) canlı izləmək imkanı qazanacaqlar.

 

Bundan əlavə, onlar klubun və tərəfdaşlarının təklif və imtiyazlarından yararlanacaqlar.

 

“Neftçi” fanatları bu gündən etibarən kartları klubun rəsmi saytındakı "N-Kart” və "Fan Shop Online” bölməsində onlayn şəkildə internet üzərindən sifariş edə bilərlər. 

Xəbər xətti