"Qəbələ"dən ayrılan futbolçu Polşa klubunda

16:10 - 19 Avqust 2017

Ötən mövsüm başa çatdıqdan sonra “Qəbələ”dən göndərilən daha bir futbolçu özünə yeni komanda tapıb.

 

Sportal.az xəbər verir ki, söhbət “qırmızı-qaralar”ın əsas heyətində özünə yer tapa bilməyən polşalı qapıçı David Pietrzkeviçdən gedir.

 

“Çərçivə qoruyucu”su karyerasını öz ölkəsində davam etdirəcək. Əlcək sahibi Polşanın yüksək liqasında mübarizə aparan “Sandeçya” klubu ilə münasibətlərini rəsmiləşdirib. David yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Pietrzkeviç ölkəmizdə “Qəbələ” ilə yanaşı fəaliyyətini dayandıran “Simurq” klubunda da oynayıb.

Xəbər xətti