"Mançester Yunayted" səfərdə darmadağınla qalib gəldi VİDEO

19:34 - 19 Avqust 2017

İngiltərə Premyer Liqasında 2-ci tura start verilib.

 

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" səfərdə "Suonsi Siti" ilə üz-üzə gəlib. "Qırmızı şeytanlar" ilk turda olduğu kimi bu matçda da 4:0 hesablı qələbə qazanıb.

 

Joze Mourinyonun komandası 2 turdan sonra 6 xalla liderdir.

 

"Suonsi Siti" - "Mançester Yunayted" - 0:4
Qollar:
Bayi, 45; Lukaku, 80; Poqba, 82; Martial, 84 

 

 

Xəbər xətti