Ramil Şeydayev əvəzedici heyətdə qol vurdu

20:40 - 20 Avqust 2017

Millimizin hücumçusu Ramil Şeydayev "Jilina"nın B komandasının heyətində meydana çıxıb.

 

Sportal.az xəbər verir ki, Slovakiyanın II liqasının IV turunda "Novo Mesto" ilə matçda əsas heyətdə yer alan 20 yaşlı futbolçu komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşan matçda qol vurub. 60 dəqiqə meydanda olan Ramil 12-ci dəqiqədə hesabı açıb.
 

Qeyd edək ki, “Jilina”nın əsas komandası isə bu gün səfərdə “Dunajska” ilə qarşılaşacaq.

Xəbər xətti