MOİK 5 qolla qalib gəldi

18:48 - 21 Avqust 2017

Azərbaycan Birinci Divizionunda yeni mövsümə hazırlaşan Mərkəzi Ordu İdman Klubu (MOİK) növbəti yoxlama oyununu keçirib. 

 

Sportal.az xəbər verir ki, "hərbçilər" bu dəfə yenidən bərpa edilən "Göyçə" klubu ilə qarşılaşıb. "Bakı"nın bazasında baş tutan oyunda MOİK növbəti qələbəsini qazanıb - 5:3. İlk yarısı 2:1 hesabı ilə başa çatan görüşdə MOİK adına qolları Rəhman Musayev, Elgün Abbaslı, Ayaz Mehdiyev, Bəhruz Teymurov və Ruslan Nəsirli vurub.

 

Qeyd edək ki, bu, MOİK-in hazırlıq dövründə 4-cü oyunu olub. Daha əvvəl "hərbçilər" "Səbail"in əvəzedici komandasını məğlub edib (5:4), "Qaradağ Lökbatan" ilə heç-heçə (2:2) oynamış, "Şüvəlan"a 1:4 hesabı ilə yenilmişdi.

Xəbər xətti