Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan 5 komanda məlum oldu

Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

 

Sportal.az xəbər verir ki, qrup mərhələsinə yüksələn 5 komandanın adı bəllidir. Bunlar, Şotlandiyanın "Seltik", Sloveniyanın "Maribor", İspaniyanın "Sevilya", İtaliyanın "Napoli" və Yunanıstanın "Olimpiakos" klublarıdır.
 
 

Qeyd edək ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” bu gün “Kopenhagen”lə Danimarkada qarşılaşacaq.

 

Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

22 avqust

 

"Astana" (Qazaxıstan) - "Seltik" (Şotlandiya) 4:3 (ilk oyun 0:5)

Qollar: Ayer, 26-öz qapısına. Mujikov, 48. Tvumasi, 49; 69 - Sinkleyr, 33. Ntxam, 80. Qriffits, 90.

 

"Maribor" (Sloveniya) - "Hapoel" (Beer-Şeva, İsrail) 1:0 (1:2)

Qol: Viler, 15.

 

"Nitsa" (Fransa) - "Napoli" (İtaliya) 0:2 (0:2)

Qollar: Kallexon, 48. İnsinye, 89.

 

"Riyeka" (Xorvatiya) - "Olimpiakos" (Yunanıstan) 0:1 (1:2)

Qol: Marin, 25.

 

"Sevilya" (İspaniya) - "Başakşəhər" (Türkiyə) 2:2 (2:1)

Qollar: Eskudero, 52. Yedder, 75 - Elia, 17. Viska, 83.

 

23 avqust

 

22:45. "Slaviya" (Praqa, Çexiya) - APOEL (Kipr)
İlk oyun - 0:2

 

22:45. "Kopenhagen" (Danimarka) - "Qarabağ" (Azərbaycan)
İlk oyun - 0:1

 

22:45. "Styaua" (Rumıniya) - "Sportinq" (Portuqaliya)
İlk oyun - 0:0

 

22:45. "Liverpul" (İngiltərə) - "Hoffenhaym" (Almaniya)
İlk oyun - 2:1

 

22:45. MOİK (Moskva, Rusiya) - "Yanq Boyz" (İsveçrə) 
İlk oyun - 1:0.

Tarix: 23 Avqust [00:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Sentyabr 2017
20  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio