Qurban Qurbanov: "İlk dəfə idi ki, məğlubiyyətə sevinirdim"

“Təkcə biz yox, Azərbaycan xalqı bu uğuru gözləyirdi".

 

Sportal.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Ağdam klubu Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Kopenhagen”ə məğlub olsa da, iki oyunun nəticəsinə görə növbəti mərhələyə adlayıb. Oyundan sonra “İdman Azərbaycan” telekanalına açıqlama verən təcrübəli çalışdırıcı fikirlərini bildirib:

 

“Düşünürəm ki, bundan sonra Azərbaycanda futbol daha çox seviləcək. Ümid edirəm ki, bizim belə uğurlarımız çox olacaq”.

 

Mütəxəssis komandasında həyəcan olduğunu bildirib: "İlk dəfə idi ki, məğlubiyyətə sevinirdim. Rəqib ilk dəqiqələrdən cidddi presinq edirdi. Maksimum çalışırdıq ki, bunun qarşısını alaq. Azakeşin sayı da çox idi, onların da təzyiqi hiss olunurdu. Buna baxmayaraq, sona kimi inandıq, güvəndik. İkinci hissədə daha soyuqqanlı oynadıq, bu da başa düşüləndi. Belə oyunlardan oyunun əvvəlində həyəcan olur.

 

Qurban Qurbanov yeni transferlərin olacağını da sözlərinə əlavə edib: “Əlbəttə, mütləq transfer edəcəyik. Sadəcə, bəzi futbolçularla anlaşa bilmirik. Çalışacağıq ki, 1-2 futbolçu transfer edək”.

Tarix: 24 Avqust [01:27]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Sentyabr 2017
20  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio