Ansi Aqolli milliyə dəvət aldı

16:27 - 25 Avqust 2017

Albaniya milli komandasının heyəti açıqlanıb.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Kristian Panuççi “Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin də adını 24 nəfərli siyahıya salıb. O, sentyabrın 2-də evdə Lixtenşteyn, 5-də isə səfərdə Makedoniya ilə matçlarda komandasına kömək edə bilər.

 

Qeyd edək ki, millisinin kapitanı olan Aqolli yığmada 69 matçda 2 dəfə fərqlənib.

Xəbər xətti