Eratlı "Duysburq"dan məğlubiyyət

00:55 - 26 Avqust 2017

Almaniya 2-ci Bundesliqasında 4-cü turun oyunları keçirilib. 

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu "Duysburq" doğma meydanda "Darmştadt"la qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

 

Erat da bu qarşılaşmanın iştirakçısı olub. O, start heyətdə başladığı matçın sonunadək meydanda olub.

 

"Duysburq" geridə qalan turlarda topladığı 4 xalla 18 klub arasında 9-cu pillədə qərarlaşıb.

Xəbər xətti