Kamran Ağayev debüt matçında biabırçı səhvlə yadda qaldı VİDEO

20:52 - 27 Avqust 2017

Çexiya Çempionatında V turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin futbolçusu Kamran Ağayevin formasını geyindiyi "Mlada" klubu səfər matçına çıxıb.

 

Boleslav təmsilçisi səfərdə çempionatın 4-cü pilləsində qərarlaşan "Slaviya" klubun qonağı olub. Qarşılaşma Praqa təmsilçisinin böyükhesablı qələbəsiylə başa çatıb. Meydan sahibləri rəqibin qapısından 4 cavabsız qol keçiriblər.

 

Bu matç Kamran Ağayevin Çexiya çempionatında debüt oyunu olub. Kamran ilk oyununda ciddi səhvlərlə yadda qalıb.

 

Matçın icmalını təqdim edirik:

Xəbər xətti