"Zirə" "Səbail"lə qarşılaşacaq

15:34 - 29 Avqust 2017

Milli komandaların oyunları ilə əlaqədar olaraq Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Səbail” və “Zirə” komandaları yoxlama oyunu keçirəcəklər.

 

Sportal.az xəbər verir ki, oyun 2 sentyabr saat 17:30-da “Dalğa Arena”da reallaşacaq. Yoxlama görüşü arenanın əsas yox, köməkçi meydanında baş tutacaq.

 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının ilk turunda “Zirə” “Səbail” üzərində 2-1 hesablı qələbə qazanıb.

Xəbər xətti