"Səbail"in futbolçusu Gürcüstan millisinə dəvət olundu

00:05 - 31 Avqust 2017

“Səbail”in futbolçusu Gürcüstan yığmasına dəvət olunub.

 

Sportal.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, gürcüstanlı legioner Tamazi Tsetsxladze ölkəsinin 21 yaşadək futbolçulardan ibarət yığma komandasına dəvət alıb. 

 

Yığmanın baş məşqçisi Giorgi Geguçadzenin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Polşa ilə keçiriləcək oyun üçün açıqladığı heyətdə “Səbail”in gənc müdafiəçisinin də adı var. 

 

Xatırladaq ki, Gürcüstan - Polşa matçı sentyabrın 1-də Qori şəhərində Tengiz Burjanadze adına stadionda keçiriləcək

Xəbər xətti