Dəniz Yılmaz oynadı, "Bursaspor" darmadağınla qalib gəldi

10:37 - 4 Sentyabr 2017

Türkiyənin "Bursaspor" klubu yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi kollektiv "Sakaryaspor"la üz-üzə gəlib. Beş qolun vurulduğu görüş futbolçumuzun komandasının inamlı qələbəsi ilə başa çatıb.

 

Millimizin üzvü də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Yılmaz fasilədə əvəzlənib.

 

Bursa klubunda forma geyinən U-21 yığmamızın üzvü Ozancan Kökçü isə bu qarşılaşmanın iştirakçısı olmayıb.

Xəbər xətti