Arda Turan: "Qalatasaray" azarkeşləri mənim komandaya gəlməyimi istəmirlər"

11:50 - 4 Sentyabr 2017

Arda Turan "Barselona"dan ayrılacağı və "Qalatasaray"a keçəcəyi ilə bağlı xəbərlərə münasib bildirib.

 

Sportal.az xəbər verir ki, "Bəyaz TV"nin canlı yayımına qoşulan Türkiyə millisinin kapitanı "Qalatasaray" azarkeşlərinin onu istəmədiyini bildirib:

 

"Türkiyədə bütün "Qalatasaray" azarkeşləri mənim komandaya gəlməyimi istəmirlər. Mən komandama ziyan vermək istəmərəm. Barselona" ilə 3 illik müqaviləm var və klubumda çox xoşbəxtəm.

 

"Qalatasaray" mənim evimdi, bir gün mütləq ora dönmək istəyirəm. Amma azarkeşlərin məni "Qalatasaray"da görmək istəmədiyini bilirəm. "Qalatasaray" azarkeşlərinin nə hiss etdiyini biləcək qədər "Qalatasaray" azarkeşiyəm. "Barslona"da qalacam. Aslanlar kimi çalışıb heyətə də düşərəm. Kimsə narahat olmasın".

Xəbər xətti