"Kəpəz" I Divizion klubu ilə bacarmadı

16:48 - 5 Sentyabr 2017

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən yararlanan "Kəpəz"in əsas komandası da yoxlama oyunu keçirib. 

 

Sportal.az xəbər verir ki, "sarı-göylər" Birinci Divizion təmsilçisi "Qaradağ Lökbatan" ilə görüşüb. "Dalğa Arena"nın süni örtüklü meydançasında keçirilən qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

 

Qeyd edək ki, Gəncə klubunun məşqçilər korpusu matç ərzində bütün futbolçulara oynamaq şansı yaradıb.

Xəbər xətti