"Qarabağ" - "Roma" matçının biletləri bu gün satışa çıxarılır

12:40 - 7 Sentyabr 2017

Çempionlar Liqasında qrup mərhələsinin ilk ev oyununda “Qarabağ”ın qarşılaşacağı “Roma”yla matçın biletlərini satışa çıxarılır.

 

Sportal.az xəbər verir ki, azarkeşlər biletləri bu gün saat 17:00-dan etibarən aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə biləcəklər.

 

Biletləri əldə edərkən, eləcə də stadiona daxil olarkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet almaq imkanı olacaq.

 

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

 

Biletlərin qiymətləri:
VIP – 50 AZN
Kateqoriya 1 – 20 AZN
Kateqoriya 2 – 10 AZN
Kateqoriya 3 – 5 AZN
Kateqoriya 4 – 2 AZN

 

Şatış məntəqələri: 
Asan Xidmət Mərkəzləri Heydər Əliyev Sarayının kassası 28 Mall Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop) 
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı) 
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

Xəbər xətti