"Qarabağ"ın oyunu irlandiyalı hakimlərə tapşırıldı

10:15 - 11 Sentyabr 2017

UEFA Gənclər Liqasında qrup mərhələsinin ilk turunda keçiriləcək "Çelsi" U-19 - "Qarabağ" U-19 oyununa hakim təyinatları açıqlanıb.

 

Sportal.az xəbər verir ki, matçı İrlandiya Futbol Federasiyasından Robert Hennessi idarə edəcək.  Ona həmyerliləri Darraq Kiqan və Darren Keri köməklik edəcək. Dördüncü hakim funksiyasını  Con Basbi (İngiltərə) yerinə yetirəcək.

 

Qeyd edək ki, "Çelsi" - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə saat 14:05-də başlayacaq.

Xəbər xətti