Kante: "Qarabağ"ı zəif rəqib hesab etmirəm"

00:26 - 14 Sentyabr 2017

"Qarabağ"la oyun mənim üçün xüsusi idi. Çünki "Çelsi"nin heyətində ilk dəfə Çempionlar Liqası matçına çıxırdım. Debüt oyunund belə qələbə qazandığımız üçün çox şadam".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Çelsi"nin futbolçusu Nqolo Kante deyib. "Zadəgnlar" Çempionlar Liqasının qrup mərhələsinin I turunda doğma divarlar arasında "Qarabağ"ı 6:0 hesabı ilə məğlub ediblər. Oyundan haqqında yerli mətbuata açıqlama verən yarımmüdafiəçi fikirlərini bildirib. 

 

26 yaşlı franslı futbolçu "Qarabağ"la qarşılaşmaya daha çox gənc oyunçulardan ibarət heyətlə çıxdıqlarını xatırladıb: "Meydana tam olaraq əsas heyətlə çıxmasaq da, böyükhesablı qələbə qazandıq. Hesab böyük olsa da, "Qarabağ"ı zəif rəqib hesab etmirəm. Komandamız hər oyuna ciddi yanaşmalıdı. Belə davam etsək, yaxşı nailiyyətlər əldə edəcəyik".

Xəbər xətti