Əliyar Ağayevin idarə etdiyi matçda qalib müəyyənləşmədi

10:25 - 15 Sentyabr 2017

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasında növbəti matçını idarə edib.

 

Sportal.az xəbər verir ki, həmyerlimiz qrup mərhələsinin 1-ci turunda keçirilən "Gimarayş" (Portuqaliya) - "Zalsburq" (Avstriya) görüşündə iş başında olub.

 

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatb. Əliyar Ağayev "Zalsburq"un futbolçusu Lyaytqebi 90+4-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırıb.

Xəbər xətti