"Latsio"nun hücumçusu karyerasını sonlandırdı

23:43 - 15 Sentyabr 2017

İtaliya A Seriasında mübarizə aparan “Latsio”nun və Ekvador millisinin hücumçusu Felipe Kaysedo yığma karyerasını bitirdiyini açıqlayıb.


Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçu bu barədə şəxsi “tvitter” səhifəsində məlumat verib.


Futbolçu millinin baş məşqçisi Qustavo Kinterosun istefaya göndərilməsinə qarşı olduğunu bildirib:
“Kinterosun qovulmasına qarşıyam. Millinin nəticələri ürəkaçan deyil, lakin buna görə bir nəfəri günahlandırmaq olmaz. Ona seçmə mərhələnin sonuna kimi şans verilməli idi. Həmçinin, milli karyeramı bitirdiyimi də açıqlamaq istəyirəm”.


Kaysedo 2005-ci ildən Ekvador millisinin şərəfini qoruyurdu. O, yığmanın formasında keçirdiyi 67 oyunda 22 qol vurub.

 

Xəbər xətti