Klopp: “Bernli”yə qarşı yaxşı oynadıq”

22:24 - 16 Sentyabr 2017

Bu gün İngiltərə Premyer Liqasının 5-ci turunda “Liverpul” “Bernli”ni qəbul edib.


Sportal.az xəbər verir ki, 1:1 hesablı heç-heçə ilə bitən matçdan sonra “mersisaydlılar”ın çalışdırıcısı Yurqen Klopp mətbuat konfransında oyunla bağlı fikirlərini səsləndirib.


Təcrübəli mütəxəssis “Bernli”yə qarşı yaxşı oynadıqlarını deyib:
“Bəzi önəmli dəyişikliklər etməmizə rəğmən doğru oyunumuzu davam etdirdik. “Liverpul”un baş məşqçisi olduğumdan bəri “Bernli”yə qarşı ən yaxşı oyunumuz oynadıq”.


Qeyd edək ki, “Liverpul” bu mövsüm Premyer Liqada 5 matçın yalnız ikisində qələbə qazanıb.

 

Xəbər xətti