Nəsirov "Sportinq"də növbəti oyununu keçirdi

00:42 - 17 Sentyabr 2017

Portuqaliya ikinci liqasında (Sequnda liqa) 7-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası səfərdə “Akademika” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 2:4.

 

Nəsirov da bu matçın iştirakçısı olub. Zədədən yeni qayıdan yarımmüdafiəçi 58 dəqiqədə meydana buraxılıb.

 

"Sportinq" hazırda 10 xalla 20 klub arasında 7-ci pillədə qərarlaşıb.

Xəbər xətti