"Neftçi"nin futbolçusu Türkiyədə əməliyyat ediləcək

15:30 - 18 Sentyabr 2017

"Neftçi”nin qapıçısı Səlahət Ağayev Türkiyədə əməliyyat olunacaq.

 

Sportal.az xəbər verir ki, "Zirə” ilə oyunöncəsi məşqdə zədələnən qapıçıya sağ budun gətirici əzələsinin vətərinin hissəvi yırtığı diaqnozu qoyulub.  

 

Ağayev sentyabrın 19-da Türkiyənin İstanbul şəhərinə yola düşəcək. Əməliyyat "Acıbadəm” xəstəxanasında keçiriləcək.

Xəbər xətti